Bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının iclasında çıxışı zamanı bildirib.
O, Ermənistanı təxribatlardan əl çəkməyə çağıraraq, ABŞ-Ermənistan hərbi təlimləri və separatçıların keçirdiyi qondarma seçkilərin bölgənin sabitliyi üçün zərbə olduğunu vurğulayıb.
“Qarabağ Azərbaycanın ayrılmaz bir torpağıdır. Ermənistan ağlını başına yığmalıdır, odla oynamadan əl çəkməlidir. Sülh danışıqlarını boşa çıxaracaq hər təxribatın ağır nəticələrini İrəvan hakimiyyəti qəbul etmək zorunda olacaq. Soydaşlarımız tək deyildir. Qarabağ qaranlığa qərq edilməyəcək. Azadlıq türk yurdlarının əzəli qədəridir”, - o deyib. (APA)