21.09.2024, 23:54
AZ EN
04.09.2023, 15:20 282

Rəhman Hacıyev: "QDF-yə ianə olunan minatəmizləmə maşını azad olunan ərazilərin minalardan təmizlənməsinə böyük töhfə verəcək"

XƏBƏRLƏR
  • "Qarabağ Dirçəliş Fonduna (QDF) ianə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə böyük töhfə verəcək".

Bunu QDF İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

O, QDF-nin donor və tərəfdaşları ilə əlaqələrinin günü-gündən inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində Fonda pul vəsaiti ilə yanaşı, texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb: "Revival P” minatəmizləmə maşınının Laçın şəhəri Günündə QDF-yə ianə edilməsi xüsusilə əlamətdar bir hadisədir. İanə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, bununla da orada məskunlaşacaq soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək". (Report)

Oxşar xəbərlər