Heyətdə 50-dən çox ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, BMT, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər təmsil olunur.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də diplomarik korpus təmsilçiləri ilə birgə AzQAC-ın ərzaq yüklərinin yerləşdiyi məntəqəyə gəlib.
Diplomatlar AzQAC-ın məntəqə ilə tanış olurlar. (APA)