19.12.2024, 12:39
AZ EN
27.05.2022, 09:49 535

Həbib Umutoğlu: Qəlbimizin qapısı Qarabağla açılır, Qarabağla da örtülür

XƏBƏRLƏR
  • Əcdadlarımız 1830-cu illərdə Qarbağdan Osmanlı ərazisinə köçüblər. Qarabağı unutmadıq, unutmarıq! Qəlbimizin qapısı Qarabağla açılır, Qarabağla da örtülür. Qarabağ zəfərinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə sidq ürəklə minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Bu fikirləri Türkiyənin Əskişəhər vilayətinin Əmirdağ bölgəsində sıx şəkildə yaşayan qarabağlılardan Həbib Umudoğlu ifadə edib.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən ifadələrini xatırladan Həbib Umudoğlu əminliklə bildirib ki, Əmirdağın Qarabağ kökənli sakinləri əbədiyyətə qədər milli ənənələrimizi və dəyərləri qoruyacaqlar.

Xatırladaq ki, ilk dəfə türkiyəli tanınmış yazıçı-publisist, tarixi araşdırmaçı Əhməd Urfalı Əmirdağın Qarabağ kökənli sakinlərinin bu bölgəyə köçü barədə faktları elmi tədqiqata cəlb edib. Bölgədə yaşayan yaşlı qarabağlıların söylədiyinə görə qeyd olunan tarixdə köç edən qarabağlıların əksəriyyəti Cavad Xanın soyundandır. Onlar o dövrdə çar Rusiyasının həyata keçirdiyi assimilyasiya siyasətinə etiraz olaraq bölgəni tərk ediblər. Əmirdağ bölgəsində yerləşən Davulğa bələdiyyəsinin qərarı ilə 2016-cı ildə rayondakı ən böyük prospektlərdən birinə “Qarabağ”, digərinə “Gəncə” adı verilib. (AZƏRTAC)

Oxşar xəbərlər