Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. ISESCO-nun xoşməramlı səfiri olaraq Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu vəzifədə onun sədrliyi ilə keçirilən ilk müşavirə (9 mart 2017-ci il) qaçıqınların və məcburi köçkünlərin problemlərinin həllinə həsr edilib. Bu kateqoriyadan olan insanlar Mehriban xanımdan daim xüsusi diqqət və qayğı görürlər.
Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə daim öz töhfələrini verməkdə davam edir.
Azərbaycanın Birinci vitse-prezidentinə uzun ömür, möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayırıq!