22.09.2024, 03:09
AZ EN
03.06.2024, 18:06 161

İrəvanda revanşistlərin aksiyası səngiyir

XƏBƏRLƏR

Uzun müddətdir İrəvanda davam edən etiraz hərəkatı tədricən səngiyir.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan bildirib. O, deyib ki, etirazçılar bu və ya digər nazirliyin binası yaxınlığında təhdid, eləcə də vəziyyəti gərginləşdirməyə davam edərlərsə, hakimiyyət dialoqa getməyəcək: “Biz heç də küçə aksiyalarının əleyhinə deyilik. Gördünüz ki, hakimiyyətimiz dövründə küçədə çoxlu siyasi proseslər gedib. Amma qanun pozuntuları baş verəndə müvafiq qurumlar reaksiya verir”.

Ermənistan mətbuatı yazır ki, Paşinyan hökuməti sərhədlərin delimitasiyası prosesinin əleyhinə çıxaraq Tavuş (Tovuzqala) bölgəsində kəndliləri hökumətə qarşı itaətsizlik aksiyalarına çağıran Erməni Apastol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanı da cəzalandırmağa çalışır. 

Elxan SALAHOV

Oxşar xəbərlər