19.06.2025, 22:14
AZ EN
17.08.2023, 13:54 396

Səməd Seyidov: “Regionda sülh suverenliyə və ərazi bütövlüyünə hörmətdən asılıdır”

XƏBƏRLƏR
  • “Regionda sülh suverenliyə və ərazi bütövlüyünə hörmətdən asılıdır”.

Bu barədə Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclis üzvü Səməd Seyidov “X”də paylaşım edib.

“Ermənistanın BMT Təhlükəsizlik Şurasını şantaj strategiyaları üçün istifadə etmək cəhdləri dəfələrlə uğursuzluğa düçar olub. BMT üzvlərinin vurğuladığı kimi, regionda sülh suverenliyə və ərazi bütövlüyünə hörmətdən asılıdır. Azərbaycan regional sabitliyə müsbət töhfə verməyə sadiqdir!”,-deyə o qeyd edib. (Report)

Oxşar xəbərlər