21.11.2024, 22:44
AZ EN
09.08.2023, 13:46 328

Qarabağın erməni sakinləri Laçın postundan Ermənistana maneəsiz keçirlər

XƏBƏRLƏR
  • Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhəd buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.

Xankəndidən Gorus istiqamətində mülki vətəndaşların buraxılış məntəqəsində rəsmiləşdirilmə prosesi həyata keçirilir.

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır. (Trend)

 

Oxşar xəbərlər