21.05.2024, 03:50
AZ EN
31.07.2023, 22:19 197

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə danışıqları davam etdirir

XƏBƏRLƏR
  • ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə danışıqları davam etdirir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Biz sülh sazişi haqqında danışmağa davam edirik və hələ də sülh razılaşmasının əldə olunacağına inanırıq”, - deyə o bildirib.

Miller qeyd edib ki, dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə razılaşmanı əldə etmək üçün hələ də danışıqlar aparır.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən ABŞ dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların komandaları sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin əlavə işlənib hazırlanmasını tələb etdiyini etiraf ediblər. (Trend)

Oxşar xəbərlər