08.06.2025, 23:37
AZ EN
28.07.2023, 15:54 172

Ərdoğan: Azərbaycanla “KAAN” təyyarəsi ilə bağlı imzalanmış müqavilə həmrəyliyin yeni nişanəsidir

XƏBƏRLƏR
  • Azərbaycanla milli döyüş təyyarəsi “KAAN” ilə bağlı imzaladığımız layihə ortaqlığı razılaşmasını iki ölkə arasındakı həmrəyliyin yeni nişanəsi olaraq görürük.

Bu barədə İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin bağlanış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, “KAAN”ın bu ilin sonunadək ilk uçuşunu edəcəyini də vurğulayıb.

Ərdoğan, həmçinin əlavə edib ki, Türkiyə tərəfdaşları ilə sadəcə alqı-satqı deyil, qısa və uzunmüddətli əməkdaşlığın tərəfdarıdır.

Türkiyə lideri, ölkəsinin bundan sonra da dost və müttəfiq ölkələri dəstəkləyəcəyini diqqətə çatdırıb. (APA)

Oxşar xəbərlər