23.11.2024, 01:09
AZ EN
26.07.2023, 13:30 312

Rusiya XİN Kanadanın Aİ-nın Ermənistandakı missiyasına qoşulmasına münasibət bildirib

XƏBƏRLƏR
  • Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı (Azərbaycanla sərhəddə) Monitorinq Missiyasına qoşulmasına münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, “kanadalıların Ermənistanda peyda olması xarici siyasət müstəqilliyini tamamilə itirmiş Aİ-nin ABŞ və NATO-nun maraqlarına xidmət etməklə məşğul olduğunu açıq şəkildə təsdiqləyir”.

Zaxarova, Aİ-nin Ermənistandakı monitorinq missiyasının Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabe olduğunu, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların qarşısını almadığını vurğulayıb.

“Burada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir”, - o əlavə edib.

Rusiya XİN rəsmisi, bunun bir daha gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri kimi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olduğunu təsdiq etdiyini deyib.

Zaxarova, nə Brüssel, nə də ABŞ-ın vasitəçiliyi baxımından Cənubi Qafqaz regionunda sabitliyə gətirib çıxaracaq heç bir nəticənin olmadığını bəyan edib. (APA)

Oxşar xəbərlər