Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.
“Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, - o əlavə edib
Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyub. O, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib.
“Separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha 7 rayonunu nəzarətdə saxlamaqda davam ediblər”, - deyə Paşinyan Dövlət Departamentinin hesabatlarından birindəki qeydi oxuyub. (APA)