19.10.2024, 09:23
AZ EN
17.07.2023, 10:17 343

Yalanın gerçək üzü: separatçıların narahatlığı

XƏBƏRLƏR

Hərbi ekspert Ədalət Verdiyev yazır:

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçıları guya “blokada”da olduqları üçün “humanitar fəlakət” yarandığı yalanlarının ifşa olunmasından dərin narahatlıq keçirir.

Bu barədə separatçı “parlamentinin” “mətbuat katibi” Anuş Qavalyan bildirib.

O, yalançı hay-küylərini ifşa edən, əsl reallıqları göstərən, ermənilərin rəqs, qonaqlıqlar, restoranlarda bütün nemətlərin olduğu yüksəksəviyyəli xidmətləri əks etdirən görüntüləri paylaşmamağı xahiş edib.

Onun sözlərinə görə, bu videolardan “Azərbaycan təbliğat maşını fəal şəkildə istifadə edir:

“Toyların və digər gözəl tədbirlərin videoları ruhlandırıcıdır, güc və iradə nümayiş etdirir, lakin lütfən, dəbdəbəli həyatla əlaqəli videoları paylaşmaqdan çəkinin", - Anuş Qavalyan bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər