Bunu diplomatik korpus nümayəndələrinin tərkibində Laçına səfər edən Tacikistan səfiri Rustam Soliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.
O qeyd edib ki, quruculuq proqramları və layihələri hər yerdə uğurla həyata keçirilir və böyük dəyişikliklər nəzərə çarpır.
"Bu işlər ondan ötrü görülür ki, torpaqlarınız pöhrələnsin. Biz burada bu çiçəklərin elementlərini artıq görürük", - Rustam Soliyev deyib.
O, dinc həyatın bərqərar olacağından və insanların geri dönərək bu gözəl yerlərdə firəvan yaşaya biləcəklərindən əmin olduğunu vurğulayıb.
"Biz hər yerdə quruculuq proqramlarının həyata keçirildiyini görürük, qızğın tikinti, yenidənqurma işləri gedir. Bütün bunlar dinc həyatın bərqərar olduğundan xəbər verir. Artıq qayıtmaqda olan sakinlər bu gözəl yerlərdə sakit yaşayacaqlar", - səfir deyib.
Xatırladaq ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Laçına gələrək burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. (Trend)