23.12.2024, 23:30
AZ EN
21.06.2023, 18:35 286

Rusiya XİN: Türkiyənin Şuşada konsulluğunun açılması Bakı ilə Ankaranın səlahiyyətində olan məsələdir

XƏBƏRLƏR
  • Şuşada Türkiyə konsulluğunun açılması Bakı ilə Ankaranın ikitərəfli əlaqələrinin mövzusudur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Konsulluğun açılması məsələləri, harada olur, olsun, xüsusən Şuşada, Bakı ilə Ankaranın ikitərəfli əlaqələrinin mövzusu olaraq qalır. Bu, iki suveren dövlətin səlahiyyətində olan məsələdir", deyə Rusiya XİN sözçüsü vurğulayıb. ("APA")

Oxşar xəbərlər