Bu barədə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkəsində Konstitusiya qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verib.
“Polşa Prezidenti və Baş naziri Bakıda keçiriləcək mühüm beynəlxalq konfransında - COP29-da iştirak etmək üçün dəvət alıblar və onlar bu səfərə hazırlaşırlar”, - səfir deyib.
Onun sözlərinə görə, iki həftə sonra “InterFood Azerbaijan 2024” sərgisində iştirak etmək üçün Polşadan böyük nümayəndə heyəti Azərbaycana gələcək.
Səfir, həmçinin qeyd edib ki, polşalı sahibkarların Azərbaycanda biznesə marağı artmaqdadır: “Elə təkcə ötən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”. (Report)