Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, Rusiya danışıqlarda iştirak edir, məsələnin həlli üçün təkliflər irəli sürür: “Biz Azərbaycan və Ermənistanın Baş nazir müavinləri arasında əlaqəni təmin edirik".
A.Overçuk nəqliyyat kommunikasiyalarının nə vaxt açılacağı barədə suala konkret cavab verməyib.
Nəqliyyat kommunikasiyalarının açılması üzrə Azərbaycan, Rusiya və Ermənistan birgə İşçi qrupunun iyunun 2-də Moskvada keçirilən görüşünün yekunları barədə danışan baş nazir müavini qeyd edib ki, nəqliyyat kommunikasiyalarının açılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub. (Report)