Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.
Hazırda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə gedən danışıqlarla bağlı Baş nazirə məlumat verdiyini deyən dövlətimizin başçısı qeyd edib: “Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır”.