22.11.2024, 18:19
AZ EN
15.06.2023, 12:11 189

İndi Paşinyanın əsl üzünü görürük - Rusiyalı ekspert

XƏBƏRLƏR
  • Ermənistan təxribatlara davam edəcək.

Bunu rusiyalı müstəqil jurnalist, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada baş tutan görüşündə sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunmamış qaldı.

"Bunun da əsas səbəbkarı Ermənistandır. Biz görürük ki, Paşinyan Brüssel, Moskva görüşlərinin hər birində fərqli sözlər deyir. Brüssel görüşündə Paşinyan Qarabağın Azərbaycanın torpağı olduğunu etiraf etdi. Lakin indi biz onun əsl üzünü görürük. Azərbaycan həmişə öz məqsədinə diplomatiya və sülh yolu ilə çatmaq istəyir. Ancaq Ermənistan çalışır ki, Bakını qıcıqlandırsın və vəziyyəti elə həddə çatdırsın ki, növbəti lokal konfiliktə gətirib çıxartsın. Biz görəcəyik ki, Ermənistan yenə Qərbdən silah alır, ordusunu gücləndirir", - ekspert qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. (Trend)

Oxşar xəbərlər