20.09.2024, 08:41
AZ EN
14.06.2023, 15:29 143

Azərbaycanlı deputat erməni yalanını üzə çıxarıb

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, İyunun 12-dən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığının Mərakeş şəhərində BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə Mərakeş parlamenti və Parlamentlərarası İttifaq tərəfindən “Ortaq gələcəyimiz naminə birgə iş” mövzusunda təşkil olunan konfransda iştirak etmək üçün Mərakeşdə səfərdədir.

Qeyd edək ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu konfransda iştirak edir.

Millət vəkili özünün şəxsi "Facebook" hesabında yazır:

"Əziz həmvətənlər! Mərakeş Krallığının Mərakeş şəhərində BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə Mərakeş parlamenti və Parlamentlərarası İttifaq tərəfindən “Ortaq gələcəyimiz naminə birgə iş” mövzusunda təşkil olunan konfransda Ermənistanın nümayəndə heyəti öz “ənənələrinə” sadiq qalaraq növbəti dəfə Azərbaycanı Ermənistana qarşı təcavüzdə günahlandırdı.

Bu gün keçirilən plenar iclasda spikerlərdən biri mən idim. “Azərbaycanda dinlərarası münasibət: tarixdə və müasir dövrdə” mövzusunda çıxışımda Azərbaycanda bütün dinlərə bərabər şərait yaradıldığını vurğuladım. Eyni zamanda, Ermənistan nümayəndə heyətinə işğalçının Azərbaycan yox Ermənistanın olduğunu, BMT-nin təhlükəsizlik şurasının 4 qətnaməsini xatırlatdım. Bir daha Ermənistanın 30 il torpaqlarımızı işğalda saxladığını, 67 məscidimizi barbarcasına dağıtdığını, içərisində inək və donuz saxladığını, təkcə müsəlmanlara məxsus abidələri deyil, kilsələri də dağıtdığını, işğalda saxladığı ərazilərdə kütləvi mina basdırdığını bildirdim", - deyə Ceyhun Məmmədov vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR