Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla normallaşma proseslərində əldə olunan irəliləyişi dəyərləndirilib.
“Bütün əziyyətlərdən sonra bölgəmizdə sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyəti tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik”, - o vurğulayıb. (APA)