11.10.2025, 00:31
AZ EN
23.05.2023, 13:48 438

İlin sonunadək 1500 məcburi köçkün ailəsi öz doğma torpaqlarına köçürüləcək

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma prosesi, köçkünlərlə aparılan iş və bir çox suallara Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov İctimai TV-də yayımlanan “Qarabağ gündəliyi” verilişində aydınlıq gətirib.

O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən qazanılan tarixi zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərqərar olması ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində dövlət suverenliyimizin də bərqərar olması ilə yanaşı, həmçinin 100 minlərlə soydaşımızın, artıq  keçmiş  məcburi köçkün və qaçqın soydaşlarımız üçün öz doğma torpaqlarına beynəlxalq qanunvericiliklə təsbit olunmuş tərzdə - könüllü, ləyaqətli və təhlükəsiz tərzdə qayıtmaları üçün münbit şərait yaradılmışdır. 2 fevral 2021-ci il möhtərəm Prezidentimizin sərəncamı ilə təsdiq edilmiş konsepsual sənəddə 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair 5 milli prioritetlərdən biri məhz Böyük Qayıdışdır. Məhz bunun əsnasında ötən il Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı möhtərəm cənab Prezidentimizin 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənmişdir. Bu sənəd Böyük Qayıdışın bir manifestidir və növbəti illərə Böyük Qayıdışla bağlı çox mühüm bir yol xəritəsi kimi xidmət edir.

Fuad Hüseynov daha sonra bildirib ki, hal-hazırda biz tarixi zəfərdən sonra Böyük qayıdışın təntənəsini, sevincini və qürurunu yaşayırıq: “Heydər Əliyev ili olan 2023-cü il möhtərəm cənab Prezidentimiz tərəfindən həmçinin Böyük Qayıdışın ən iri ilk addımlarından biri kimi səciyyələndirilmişdir və bu sahədə də artıq mühüm tədbirlər görülür. Bildiyiniz kimi, artıq bu ilin əvvəlində istər Zəngilan rayonunun “Ağıllı kənd” konsepsiyası çərçivəsində inşa olunan Ağalı kəndinə  daha 20 ailənin köçürülməsi,Tərtər rayonu ərazisindəki Talış kəndinə 20 ailənin köçürülməsi və daimi məskunlaşdırılması həyata keçirilmişdir. İlin sonunadək daha 1500-ə yaxın məcburi köçkün ailəsinin, bu da hardasa, 7-8 min nəfər deməkdir. Əsasən Laçın şəhərinə 700-ə yaxın ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400-ə yaxın ailənin, Şuşa şəhərinə 450 ailənin və həmçinin artıq növbəti mərhələdə Ağalı kəndinə daha 113 ailənin qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub. Ümumiyyətlə, onu bildirmək istəyərdim ki, ötən il Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri müvəqqəti olaraq Rusiya sülhməramlı kontingetininin nəzarətindən Azərbaycan dövlətinə qayıtdıqdan sonra möhtərəm cənab Prezidentimiz tərəfindən Dövlət Komitəsi qarşısında Laçın rayonuna qayıdışla bağlı konkret tapşırıqlar qoyulmuşdur və bunun əsasında Dövlət Komitəsinin rəhbərliyində müşavirə keçirilmiş, aidiyyatı qurumlara tapşırıqlar verilmiş və bu yaşayış məntəqələrinin sakinləri ilə çoxsaylı görüşlər keçirilmişdir. Onlar arasında sosioloji sorğular keçirilərək onların həm məşğulluq, həm sosial durumunun qiymətləndirilməsi və  digər problemlərin dəyərləndirilməsi aparılmışdır. Bütün bunlar əlbəttə ki, qeyd etdiyim Böyük Qayıdışa dair Birinci Dövlət Proqramında əks olunub.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həmin Böyük Qayıdışa  dair Dövlət Proqramından irəli gələn vəzifələrin bəziləri əsas icraçı qurum kimi, bəziləri əlavə icraçı qurum kimi tapşırılıb. Bu sahədə 5 fəaliyyət istiqamətini xüsusi vurğulamaq istərdim. Məcburi köçkünlər arasında sorğuların keçirilməsi və qayıdışla bağlı ilkin proqnozların hazırlanması. Ümumiyyətlə, qeyd etmək istərdim ki, 5 il müddətində 34 min  500 məcburi köçkün ailəsinin öz doğma torpaqlarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur; Qayıdışla bağlı texniki-təşkilati məsələlərin həlli, yəni bəlli bərpa qrafikinə uyğun olaraq məcburi köçkünlərin qayıdışının təşkili; Məcburi köçkünlərin qayıdışıyla bağlı təbliğat-təşviqat, maarifləndirmə və məlumatlandırma işlərinin aparılması, həm məcburi köçkün icmaları arasında, həmçinin Kütləvi İnformasiya Vasitələrinin, həm yerli, həm xarici Kütləvi İnformasiya Vasitələrində; Bundan əlavə, qayıdışla bağlı qaynar xəttin yaradılması və dayanıqlı qayıdışı, dayanıqlı məskunlaşmanı təmin etmək məqsədilə müxtəlif növ reinteqrasiya tədbirlərinin həyata keçirilməsi. Dövlət Komitəsi hal-hazırda bu beş növ fəaliyyət istiqaməti üzərində öz işini aparır, öz işini qurur”,- deyə sədr müavini bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər