Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.
"Tərəflər Cənubi Qafqaz regionunda dinc dialoqa davam etdikcə biz Vaşinqtonda danışıqların növbəti raundunu gözləyirik. Dediyimiz kimi, biz hesab edirik ki, dialoq qalan məsələlərin həlli üçün çox vacibdir. Biz razılaşmanın əldə olunacağına inanırıq. Təəssüf ki, bu [əvvəllər planlaşdırılan] görüş baş tutmadı. Tezliklə yeni bir tarixi yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik", - deyə Metyu Miller bildirib.
Qeyd edək ki, bundan əvvəl iyunun birinci yarısında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulmuşdu.
Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib. Danışıqların yekun mərhələsi mayın 4-də baş tutub. (Trend)