Bunu Slovakiyanın Baş naziri Lüdovit Odor Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Baş nazir Lüdovit Odor Slovakiyanın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ("Report")