20.10.2024, 05:27
AZ EN
07.06.2023, 11:45 166

Əl-Tuveycri: “Azad edilmiş ərazilərin bərpası təqdirəlayiqdir”

XƏBƏRLƏR
  • “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təqdirəlayiqdir”.

Bunu ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, ərazilərin işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlər var:

“Bu ərazilərin bərpası asan iş deyil. Bu, Prezident İlham Əliyevin diqqəti sayəsində baş verib və insanlar artıq bu torpaqlara qayıtmağa başlayıblar”.

O əlavə edib ki, Qarabağ həqiqətləri və işğal dövründə törədilən dağıntılar, eləcə də Azərbaycan hökumətinin bu ərazilərin yenidən qurulmasında göstərdiyi səyləri barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edəcək. (Report)

Oxşar xəbərlər