Bu sözləri Türkiyənin “Ulusal” televiziya kanalının şərhçisi Yakub Aslan deyib.
O bildirib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan müttəfiqliyini düzgün qiymətləndirir və Azərbaycanı həm diplomatik, həm də hərb sahəsində fəal şəkildə dəstəkləyir.
Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə iqtisadi inkişafı təmin edən Türkiyə demokratiya sahəsində də böyük irəliləyişə nail olub. Tam demokratik şəraitdə keçən prezident seçkilərinin nəticələrini uduzan tərəf də qəbul edib. Bu faktın özü Türkiyə demokratiyasının nümunəvi olduğunu göstərir.
“Rəcəb Tayyib Ərdoğanın qələbəsi Türkiyənin inkişafına maneə olan qüvvələrin planlarını pozdu. Dövlət başçısının beynəlxalq səviyyədə səsləndirdiyi “Dünya beşdən böyükdür” ifadəsi onun siyasətinin mahiyyətini ortaya qoyur. Bu siyasətin əsas qayəsini bütün xalqların bərabərhüquqlu olması prinsipi təşkil edir. Türkiyənin daxilində isə Rəcəb Tayyib Ərdoğan iqtisadi inkişafa nail olmaqla, xalqın sosial vəziyyətini yaxşılaşdırmaqla, insanların hüquq və azadlıqlarını, ölkənin təhlükəsizliyini təmin etməklə böyük nüfuz qazanıb. Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsi ilə Türkiyə bütün sahələrdə dinamik inkişafı davam etdirəcək”, - deyə Y.Aslan bildirib. (AZƏRTAC)