25.04.2024, 05:51
AZ EN
25.05.2023, 21:15 221

"Azərbaycanın siyasəti imkan verir ki, hər iki tərəflə bərabərhüquqlu əməkdaşlıq qursun"

XƏBƏRLƏR
  • "Azərbaycan Prezidenti İlham Əliyevin Avrasiya İqtisadi İttifaqının Şurasının toplantısına dəvət edilməsi Azərbaycanın nüfuzundan xəbər verir".

Bu sözləri açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, burada iki səbəb üzərində dayanmaq mümkündür: "Bunun birincisi, siyasi, ikincisi isə Azərbaycanın iqtisadi imkanlarıdır. Siyasi baxımdan yanaşdıqda hazırda dünyada qütbləşmə prosesi gedir. Avropa və Asiya qitəsi təkcə, coğrafi olaraq ayrılmır, həm də siyasi qütbləşmə baxımından ayrılır. Hər iki tərəf öz cəbhəsini formalaşdırmaq istəyir".

Siyasi şərhçisinin sözlərinə görə, Azərbaycan o ölkələrdəndir ki, bu prosesdə milli maraqlara söykənən müstəqil siyasətə üstünlük verir: "Hər hansı bir cəbhədə yer almadan bütün cəbhələrlə yalnız öz milli maraqları çərçivəsində əməkdaşlıq edir.
Azərbaycanın həyata keçirdiyi siyasət imkan verir ki, hər iki tərəflə bərabərhüquqlu əməkdaşlıq qursun. Fikir vermisizsə, həm Qərb ölkələri, həm də Avropa ölkələri Azərbaycanla əməkdaşlığa maraqlıdır. Şuranın iclasına xüsusi qonaq kimi dəvət edilməsi də bununla əlaqəlidir". 

A.Nərimanlı vurğulayıb ki, iqtisadi tərəfdən baxdıqda Azərbaycanın potensial imkanları bu coğrafiya üçün yeni perspektivlər vəd edir:

"Bizim Avropa ilə Asiya arasında körpü rolunu oynamağımız, o cümlədən nəqliyyat dəhlizlərində əsas bölgələrdə yerləşməyimiz buna əsas yaradır. Hansı ki, buraya Şimal-cənub nəqliyyat dəhlizi, Şərq-qərb nəqliyyat dəhlizi daxildir. O cümlədən, bunun fonunda açılmaqda olan Zəngəzur dəhlizi məsələsi bütün bu coğrafiya üçün yeni imkanlar verir. Ona görə də Azərbaycanın Avrasiya İqtisadi İttifaqının Şurasının toplantısına dəvət olunması təsadüfi deyil".("Report")

Oxşar xəbərlər