Bunu Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib.
Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerjinin həm qurudakı, həm də dənizdəki bərpaolunan enerji mənbələrindən generasiya olunduğunu vurğulayan Litva Prezidenti bildirib: “Bu, bizim istehsal və xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalanmaq üçün bu prosesə qoşula bilərlər”.("Trend")