22.11.2024, 07:03
AZ EN
22.05.2023, 17:09 230

Mahir Abbaszadə: "Laçınlılar yaxın zamanda öz torpaqlarına qovuşacaqlar"

XƏBƏRLƏR
  • "Laçına qayıdış prosesinə may ayından sonra start veriləcək və laçınlılar öz torpaqlarına mərhələli şəkildə geri dönəcəklər".

Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə mətbuata açıqlamasında səsləndirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev Laçına səfəri zamanı rayonun bərpa edilməsi və quruculuq işlərinin aparılması ilə bağlı ciddi tapşırıqlar verib: "Ötən ildən etibarən Laçın şəhərində, Zabux və Sus kəndlərində yenidənqurma işlərinə başlanılıb. Həmin ərazilərə vətəndaşlarımız mərhələli şəkildə köçürüləcək.

Laçın sakinləri Böyük Qayıdışa hazırlaşır:

"Məndə olan məlumata görə, gələn ay laçınlılar öz torpaqlarına yenidən geri dönəcək. Laçın şəhərinin mərkəzində evlərin bərpa olunması, infrastrukturun qurulması, Zabux və Sus kəndlərinin inşası və bura köçürüləcək məcburi köçkünlər üçün evlərin tikilməsi nəzərdə tutulub. Köçürüləcək sakinlərin işlə təmin olunması da müvafiq qurumlar tərəfindən həyata keçiriləcək. Hesab edirəm ki, Laçın sakinlərinin öz torpaqlarına qayıtması Böyük Qayıdışın başlanğıcı kimi qəbul olunmalıdır. Dədə-baba yurdundan didərgin düşmüş vətəndaşlarımız yaxın zamanda öz torpaqlarına qovuşacaqlar",- deyə deputat bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR