Bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından millət vəkili seçilmiş Kamil Aydın bildirib.
MHP-nin Türk Dünyası və Beynəlxalq Əlaqələr üzrə sədr müavini olan millət vəkili deyib ki, parlamentdə Azərbaycan da daxil, Türk Dövlətləri Təşkilatları (TDT) ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub: “Bununla da bütün maneələrin öhdəsindən həmrəylik, birlik və bərabərlik içində gəlməyi bacaracağıq. Regionda söz sahibi və lider olan Türkiyəmiz beynəlxalq aləmdə də önəmli bir rol oynayaraq daha böyük layihələrə imza atacaq”.
Millət vəkili qeyd edib ki, ölkə daxilində və xaricində bu seçki prosesinə mane olmaq istəyən qüvvələrə rəğmən “Cümhur İttifaqı”nın mayın 14-də keçirilən prezident və parlament seçkilərindən yüksək nəticə qazanması təqdirəlayiqdir:
“MHP də daxil “Cümhur İttifaqı” yenə də parlamentdə səs üstünlüyü qazandı. Prezident seçkiləri ikinci tura qalsa da, qalibin kim olacağı indidən məlumdur. Seçki prosesi 86 milyonluq Türkiyə Cümhuriyyətində təhlükəsiz şəkildə gerçəkləşdi. İki Niderland böyüklükdə coğrafiyada baş verən zəlzələ dağıntılarının çox surətlə aradan qaldırılması ilə yanaşı, həm də o bölgədəki vətəndaşlarımızın təhlükəsiz şəkildə səs vermələrini təmin etmək çox önəmli idi. İlk növbədə Qərb demokratiyasında çox nadir rast gəlinən fəal seçici faktoru özünü bir daha göstərdi. Bir sözlə, bu seçkidə qazanan uca türk milləti oldu”. (Report)