Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, aksiyanı “Respublika naminə” partiyasının lideri Arman Babacanyanın rəhbərlik etdiyi bir qrup qərbyönlü fəal təşkil edib.
Babacanyan çıxışı zamanı Rusiya əleyhinə şüarlar səsləndirib. Polis nümayəndəsi iştirakçılardan təhqiramiz ifadələr işlətməməyi və asayişi qorumağı tələb edib. Babacanyanla polis zabiti arasında söz davası baş verib və o, qısamüddətli qarşıdurmaya çevrilib - siyasətçinin səsucaldanı götürülüb.
Bundan sonra etirazçılar Rusiya əleyhinə plakatlar açaraq sükutla aksiyanı davam etdiriblər.
Qeyd edək ki, Valentina Matviyenko Rusiya parlamentinin nümayəndə heyətinin rəhbəri kimi İrəvana rəsmi səfər edib. Səfər çərçivəsində Ermənistan Milli Assambleyası ilə Rusiya Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığa dair konfrans keçirilir. (Report)