Bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.
"İki il əvvəl biz Qarabağa gəldiyimiz zaman, sadəcə, dağıntılar və qəmli bir görüntü var idi. İndi isə burada ümid çırağı və Azərbaycanın gələcək planları görünür. Ümid edirəm ki, mandatım bitənə qədər və Azərbaycana yenidən turist kimi gələndə buraları tam bərpa olunmuş, “ağıllı şəhər” kimi görəcəyəm", - deyə diplomat qeyd edib. (AZƏRTAC)