22.11.2024, 10:18
AZ EN
13.05.2023, 20:45 195

Telman Nüsrətoğlu: Təxribatlar Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxara bilər

XƏBƏRLƏR
  • Hazırkı şəraitdə Ermənistan rəhbərliyi başa düşür ki, sülh danışıqları yekunda sülh müqaviləsinin imzalanması ilə bitəcək və rəsmi İrəvan bu müqaviləyə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalacaq. Bu isə Paşinyan hakimiyyəti üçün ciddi bir kataklizm deməkdir. Ermənistanın siyasəti böyük ölçüdə xaricdən idarə olunur. Onlar hələ də anlamırlar ki, doğma torpaqlarımız işğaldan azad olunub, artıq Qarabağ problemi qalmayıb və Azərbaycan ərazi bütövlüyünü təmin edib. Bundan sonra onların bu bölgədə qalmaq niyyətləri varsa, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq məcburiyyətindədirlər.

Bu fikirləri tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu söyləyib.

Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki təxribatının əvvəlcədən planlaşdırıldığını bildirən Telman Nüsrətoğlu deyib: “Bunun səbəbi sülh sazişi danışıqlarını “baltalamaq”, müqavilənin imzalanmasını mümkün qədər uzatmaqdır. Ermənistan ordusu atəşlə oynayır. Bu gün bölgənin ən qüdrətli ordularından birinə sahib olan Azərbaycan ən müasir, son texnoloji silahlarla təchiz edilib. Bu baxımdan təxribatlar Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxara bilər”. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR