20.10.2024, 09:41
AZ EN
12.05.2023, 11:05 286

Spiker: Ermənistanın təxribatında əsas məqsəd sülh danışıqlarına mane olmaqdır

XƏBƏRLƏR
  • “Ermənistan tərəfi Azərbaycana qarşı təxribat törədib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, şəhid olan hərbi qulluqçumuz var, digəri yaralanıb: “Şəhid olmuş hərbi qulluqçumuza Allahdan rəhmət diləyirik. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu təxribatın törədilməsində əsas məqsəd hazırda aparılan sülh danışıqlarına mane olmaqdır”. (APA)

Oxşar xəbərlər