20.09.2024, 10:43
AZ EN
03.05.2023, 17:00 189

ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar davam edir

XƏBƏRLƏR
  • ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar davam edir.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

"Bu gün artıq görüşlər başlayıb. Danışıqlar sabah da davam edəcək. Danışıqların dəqiq nə zaman bitəcəyi məlum deyil", - o deyib.

A.Hacızadənin daha əvvəl də dediyi kimi danışıqların əsas mövzusu sülh sazişidir.

Qeyd edək ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib. Mayın 2-də danışıqlar ikitərəfli formatda davam etdirilib. (Trend)

Oxşar xəbərlər