Görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə ‘’Şimal-Cənub’’ marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.
Görüşdə müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.
O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.("APA")