"Millətin atası" adlı kitabın müəllifi Ukraynanın Azərbaycanəsilli hüquq elmləri doktoru, professor Arif Quliyevdir.
Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunda ölkənin elm ictimaiyyətinin iştirakı ilə nəşrin təqdimatı keçirilib.
Kitabda Heydər Əliyevin Azərbaycan xalqı ilə yanaşı keçmiş sovet xalqları, o cümlədən ukraynalıların yaxın tarixində oynadığı roldan bəhs edilir.
Xatırladaq ki, professor Arif Quliyev uzun müddətdir Ukrayna ali məktəblərində dərs deyir. (Report)