29.12.2024, 05:31
AZ EN
29.04.2022, 13:00 530

Səməd Seyidov: İnsan haqlarının təzyiq alətinə çevrilməsi əsl demokratiya üçün təhdiddir

XƏBƏRLƏR
  • Bu gün hər kəs demokratiya haqqında düşünməlidir. Haradayıq? Hansı istiqamətdə irəliləyirik? Dünyanın bu qitəsində, ümumiyyətlə, bütün dünyada nələr baş verməkdədir? Bütün bunları anlamaq, düşünmək vaxtı çatıb. Əsl demokratiyaya artıq aydın görünən bəzi təhdidlər var.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurum yaz sessiyasında “Avropada demokratiyanı qoruyub saxlamaq və təşviq etmək” adlı məruzənin müzakirələri zamanı deyib.

“Düşünürəm ki, əsl demokratiyaya ilk təhdid populizmdir. Əgər siyasətçilər yalnız özlərinin populyarlığı haqqında düşünərlərsə, onlar yalnız özlərini yaxşı göstərməyə çalışarlarsa, bu, onsuzda artmaqda olan problemlərin sayını daha da artıracaqdır. Bu tendensiyanı Avropa Şurasına üzv olan bütün ölkələrdə müşahidə edirik. Bu təcrübəni regionumuzda bəzi ölkələrdə də gördük. Düşünürəm ki, hamımız millətimizlə açıq, səmimi olmalı, aydın danışmalıyıq.

Əsl demokratiya üçün hər şey var, həmkarımın dediyi kimi, Avropa Şurası, Avropa institutları, hər şey. Bəs əsl demokratiya üçün nəyə ehtiyacımız var? Siyasi iradəyə, niyyətə, istəyə! Çox vaxt bu siyasi iradənin olmaması çoxsaylı çətin problemlərə səbəb olur”, - deyə S. Seyidov əsl demokratiya üçün Avropa məkanında olan iki təhdiddən -populizm və siyasi iradənin yoxluğundan danışıb.

O, əsl demokratiya üçün üçüncü təhdidin də olmasından təəssüfünü bildirərək qeyd edib ki, bu, çox görünən, ancaq həlli asan olmayan problemdir. Bu, əsl demokratiyanın dəyərlərinin sui-istifadəsidir, onların antidemokratik yollarla pozulmasıdır. Bu gün insan hüquqları təzyiq alətinə çevrilib. Qanunun aliliyi müxtəlifliyi, birliyi nümayiş etdirməlidir. Biz bunları dəfələrlə görmüşük, xüsusilə də regionumuzdakı ölkələrdə. İnsan hüquqları pozulduqda qurbana qarşı ədalətsiz münasibəti görmüşük. İkili standartları aradan qaldıra bilmiriksə, bu, elə əsl demokratiya üçün böyük təhdiddir. Demokratiyanın dəyərlərinə riayət etməmə həmin demokratiya üçün ən böyük təhdiddir. (AZƏRTAC)

Oxşar xəbərlər