Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı kitabı yazmaqla Azərbaycan xalqının milli azadlıq və müstəqil dövlətçilik uğrunda mübarizəsində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolunu və misilsiz xidmətlərini baş vermiş ictimai-siyasi hadisələrin və iştirakçısı olduğu proseslərin əsasında obyektiv şəkildə təqdim edib.
Xalq şairi Sabir Rüstəmxanlı Ulu Öndərin şairlərə, yazıçılara hər zaman xüsusi diqqət yetirdiyini qeyd edib.
Bildirilib ki, müəyyən mənada həm də avtobioqrafik toplu olan kitabdakı yazıların tam əksəriyyəti – dialoqlar, çıxışlardan və məktublardan nümunələr konkret faktlar, mötəbər mənbələr əsasında gözəl publisistik yöndə yazılmış xatirələrdən ibarətdir. Burada siyasi, ictimai və ədəbi kuluarlarda olmuş görüşlər xronikal tərzdə deyil, məhz xalqın, millətin və dövlətin taleyində müstəsna rolu olan dahi şəxsiyyətlə bağlı özəl səciyyələndirmələr kimi sırf obyektiv ziyalılıq aspektindən yazılıb.
Qeyd edək ki, Xalq şairi Sabir Rüstəmxanlının “Qanun” nəşriyyatında çap edilmiş “Ölüm son deyil” kitabı “Heydər Əliyev İli”nə və Ulu Öndərin əsrlik yubileyinə böyük töhfədir. (AZƏRTAC)