Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” adlı dəyirmi masada çıxışı zamanı deyib.
Politoloq Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın yaradıcısı olduğunu, bundan əlavə, SSRİ-nin və Rusiyanın inkişafına böyük töhfələr verdiyini xatırladıb:
“Onun rəhbərliyi ilə Sovet Azərbaycanı inkişafda böyük mərhələ adlayıb. O, müstəqil Azərbaycana qayıdandan və ölkəyə rəhbərlik edəndən sonra Ermənistanla müharibəni dayandıra və ölkənin dinc inkişafını təmin edə bilib, məşhur “Əsrin müqaviləsi”ni imzalayıb, dünyəvi institutlarla ənənəvi dəyərlərə hörməti birləşdirən model yaradıb. Bu mənada, Azərbaycan islam dünyasının lideridir”.
S.Markovun fikrincə, Heydər Əliyev Azərbaycanın xarici siyasətində Rusiya, Türkiyə və Qərblə uğurlu balans qura bilib. (Report)