09.06.2025, 15:15
AZ EN
29.03.2023, 15:28 313

Ermənistan ombudsmansız qalıb

XƏBƏRLƏR

Ermənistan ombusdmanının istefa verməsindən artıq iki ay keçsədə sözügedən vəzifəyə seçki keçirilməyib. Halbuki, qanuna görə bu bir ay ərzində həll edilməli idi. Ermənistan parlamentinin insan haqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri, bitərəf Takuhi Tovmasyan mətbuat açıqlamasında bildirib ki, yaxın günlərdə komissiyanın növbədənkənar iclası keçiriləcək və bu məsələ konstitusiyaya uyğun müzakirə ediləcəkdir. O, daha sonra deyib ki, "Vətəndaş müqaviləsi" fraksiyası həmin boş yerə Anahid  Manasyanın, müxalif deputatlar isə Edqar Qazaryanın namizədliyini irəli sürüb.

Qeyd edək ki, hazırda həmin namizədlər barədə mətbuatda müxtəlif fikirlər səslənməkdədir. Tərəflər bir-birini səriştəli namizəd irəli sürməməkdə suçlayır ki, bu da hayların etnik mentalitetindən irəli gələn psixoloji çatışmazlıqlar.

Nəsib

Oxşar xəbərlər