Gündəlik "Joğovurt" qəzeti bu günkü sayında yazır: "Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti martın 2-3-də Almaniyada işgüzar səfərdə olub. Səfər zamanı onu qızı və həyat yoldaşı Anna Hakopyandan başqa parlamentin xarici münasibətlər komissiyasının sədri Sarkis Xandanyan və deputat Lilit Kirakosyan müşaiyət edib.
İşgüzar səfərdə dövlət hesabına iştirak edən ailə üzvləri niyə belə olduğu barədə indiyədək heç bir açıqlama verməyiblər.
Həmçinin belə bir sual yaranır. Baş naziri niyə deputat müşaiyət etməlidir?
Axı, baş naziri işgüzar səfərdə xarici işlər naziri, parlamentin sədr müavini, ya da baş nazirin müavini müşaiyət etməlidir", - deyə qəzet məsələyə münasibət bildirilməsi üçün deputat Lilit Kirakosyana müraciət edib. Deputat deyib ki, bu barədə artıq mətbuata dünən açıqlama verib və əlavə nəsə deməyə ehtiyac yoxdur.
Qəzet belə bir versiya irəli sürür ki, Lilit Kirakosyan Anna Hakopyanın yaxın rəfiqəsidir və onunla birlikdə olub "dərdləşməyi" çox sevir.
Xatırladaq ki, Lilit Kirakosyan Azərbaycanla sülh müqaviləsinin bağlanmasının tərəfdarı olduğuna görə müxalifət tərəfindən dəfələrlə tənqid və təhqir olunub.
Nəsib