31.07.2025, 22:42
AZ EN
03.03.2023, 16:22 212

Hakimiyyət stula yapışdırılıb

XƏBƏRLƏR

Ermənistanın müxalif "Joğovurt" qəzeti martın 3-dəki sayında iqtidarın ünvanına kəskin tənqidi fikirlər yazıb. Başlığı "Stula yapışdırılmış hakimiyyət" olan məqalədə deyilir: “Ermənistan hakimiyyətinin seçicilər qarşısında heç bir məsuliyyət daşımaq istəmədiyini hamı yaxşı bilir. 44 günlük müharibədən sonra isə bir daha sübut edildi ki, hakimiyyət dişləri ilə vəzifə stoluna yapışdırılıb”. Avropa ölkələrində adi bir səhvə görə hökumətin istefaya getməsini vurğulayan "Joğovurt" buna misal olaraq yazıb ki, dəmir yolunda baş vermiş qəzaya görə Yunanıstanın baş naziri Kosta-Rika Karamanlis könüllü istefaya çıxdı. Halbuki xalq ondan razı idi və istefaya getməməsi üçün ona xahiş dolu müraciətlər də ünlanlamışdı.

Ermənistanda iqtisadi və siyasi böhran baş alıb getdiyini, 15 əsgərin öldürüldükdən sonra yandırıldığını və s. faktların mövcud olduğunu xatırladan qəzet bu fikirdədir ki, hakimiyyət istefaya getməsə, ölkə qarşısıalınmaz fəlakətin beşliyi olacaqdır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR