10.06.2025, 01:40
AZ EN
03.03.2023, 08:00 406

Müdafiə naziri istefaya göndəriləcək

XƏBƏRLƏR
  • Qərbi Azərbaycandakı Göyçə mahalının Azad kəndində yerləşən hərbi hissədə gecə yatdıqları zaman yanıb külə dönən hayların valideynlərinin və qohumlarının müdafiə naziri Suren Papikyanın istefa tələbi yerinə yetirilmək üzrədir.

Sözügedən erməni nazirin dünən Azərbaycanla sərhədin cənub-şərqindəki hərbi hissələrdə vəziyyətlə yerində tanış olduğunu yazan  "Hraparak" bu gün "Suren Papikyanı kim əvəz edəcək" başlıqlı xəbərində bildirir ki, onun istefaya çıxacağı barədə məlumatlar hakimiyyət mənbələri tərəfindən təsdiqlənib.

Bildirilib ki, hazırda istefanın tətbiqi mexanizminin hazırlanması üçün müzakirələr aparılır. Mətbuatda həmin vəzifəyə parlamentin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Andranik Koçaryanın təyin ediləcəyi barədə müxtəlif fikirlər səslənsə də hakim mənbədən bildirirlər ki, Paşinyan sabiq milli təhlükəsizlik xidmətinin rəhbəri Armen Abaqyanı müdafiə naziri təyin edəcək. Mənbə bununla bağlı belə bir açıqlama verib ki, Armen Abaqyan müharibədən sonra həm əsirlərin dəyişdirilməsi, həm də sərhəd məsələləri ilə bağlı Azərbaycan rəsmiləri ilə dəfələrlə görüşüb və onlarla dil tapıb. Agentlik sonda belə yazıb:" O, Paşinyanın ən etibarlı hərəkat yoldaşıdır".

Nəsib Qaramanlı

Oxşar xəbərlər