21.11.2024, 18:19
AZ EN
15.02.2023, 11:46 366

Tarixi səfər, yoxsa məcburi gediş

XƏBƏRLƏR
  • Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fevralın 15-də Türkiyəyə səfərini və orada erməni xilasedicilərlə, həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyini tarixi səfər adlandırıb. O Tvitterdə yazıb ki, "faciə içərisində olan qonşuya kömək məqsədilə edilən bu səfər tarixi səfərdir. Ümid edirəm ki, bu Türkiyə və Ermənistan arasındakı münasibətlərdə gözlənilən müsbət olayların təzahürüdür".

Xəbəri yayan "Hraparak" informasiya agentliyi xatırladır ki, bu erməni nazirin bir ildə Türkiyəyə ikinci səfəridir. O, 2022-ci ilin martında Antalyada keçirilən diplomatik forumda iştirak etmiş və orada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparmışdı.

Biz isə məhz erməni jurnalistin YouTube-dakı açıqlamasını yenidən xatırladırıq: Erməni nazir türkiyəli həmkarından Adıyamanda "xilasetmə" işləri apararkən soyğunçuluq etdiyinə görə saxlanılan iki erməninin bağışlanmasını xahiş edəcək və bu baş tutarsa, özü ilə İrəvana gətirib özləri cəzalandıracaqlar.

Nəsib

Oxşar xəbərlər