20.04.2025, 05:51
AZ EN
07.02.2023, 12:17 432

Xüsusi korpus komandiri işdən çıxarılıb

XƏBƏRLƏR

Zəngəzur Qafan bölgəsində yerləşən xüsusi ordu korpusunun komandiri Artaq Budaqyan vəzifəsindən azad edilərək sərəncama göndərilib və bu, həm orduda, həm də cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Xəbəri yayan informasiya vasitələri bildirirlər ki, buna səbəb onun məsuliyyət daşıdığı bölgədə müdafiə işlərinin tələb olunan səviyyədə qurulmamasıdır. "Hraparak" isə əminliklə vurğulayıb ki, onun vəzifədən getməsinə səbəb baş qərargahda çıxış edərkən hakimiyyətin orduya lazımınca diqqət göstərmədiyini təkrarlaması olub. Mənbə xəbər verir ki, sözügedən korpusa komandir təyin edilən Armen Gözəlyan bu qədər baş qərargah rəisi işləyib.

Ermənistan ordusunda yeni təyinatlar və yerdəyişmələr olacağını gözlədiklərini, amma vəziyyətin dəyişməyəcəyini ehtimal edən müəlliflər Ermənistan hakimiyyətinin orduya, doğrudan da, lazımi diqqət göstərmədiyini xüsusi vurğulayırlar.

Nəsib

Oxşar xəbərlər