26.02.2026, 19:30
AZ EN
26.02.2026, 17:49 8

İrana Zəngəzur dəhlizinə görə zəmanət verilib

XƏBƏRLƏR
  • İran Zəngəzur dəhlizinin açılmasına görə hələ də narahatdır. Amma Ermənistan bununla bağlı İrana zəmanət verib və Xomenei rejimini inandırıb ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsininn reallaşması Tehrana hər hansı zərəri olmayacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami jurnalistlərlə söhbətində deyib. O bildirib ki, Ermənistanla İran arasında qarşılıqlı etimad mövcuddur. səfirin sözlərinə görə, İran və Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi ilə bağlı daim təmasdadır: “Ermənistan heç vaxt İrana qarşı addımlar üçün bazaya çevrilməyəcəyinə zəmanət verib. Əgər bu yolun məqsədi imkanlar yaratmaq və sülhü dəstəkləməkdirsə, onda buna qarşı deyilik. ABŞ-nin İrana qarşı düşmən münasibətini nəzərə alaraq, erməni tərəfdaşlarımızla konstruktiv şəkildə müzakirə etdiyimiz narahatlıqlarımız var idi".

Xəlil Şirqulami əlavə edib ki, İran həmişə Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və bildirib ki, hər iki ölkə bu vacib məqsədlər çərçivəsində müdafiə sektorunda da əməkdaşlığı inkişaf etdirib: "İran və Ermənistan arasında hərbi sektor istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir".

İran və Ermənistan arasında strateji əməkdaşlıq haqqında sənədin imzalanmasına gəlincə, Şirqulami deyib ki, hazırda bu məsələ ilə bağlı hazırlanmış sənədlərdəki mətnin təfərrüatları müzakirə olunur. O, ümid edir ki, İrəvanla Tehra bu sənəd 2026-cı il ərzində imzalanacaq.

Səfir əlavə edib ki, sənədin hərtərəfli əməkdaşlığa aid olduğu nəzərə alındıqda, bütün məqamların ətraflı şəkildə işlənməsi çox vacibdir. 

Elxan SALAHOV

Oxşar xəbərlər