23.12.2024, 01:03
AZ EN
12.07.2024, 15:16 283

İnteqrasiya tərəfdarına cəsus damğası vurulub

XƏBƏRLƏR
  • "Hraparak"ın 11 iyul tarixli sayında "arsaxın yüksək vəzifəlisi düşmənin xeyrinə cəsusluq edib" başlığı ilə paylaşılmış məqalədə haysayağı həyasızlıq özünü tam açıq isbatlayıb.

Yazılıb ki, Xankəndi şəhərinin sakini Sarqis Qalstyan "arsax hökumətində" müxtəlif vəzifələrdə işləyib. 2020-ci ildə isə xarici ölkənin xüsusi xidmət orqanının əməkdaşı ilə işbirliyinə başlayaraq onun verdiyi müxtəlif tapşırıqları yerinə yetirib. 2023-cü ilin sentyabrında ermənilər Xankəndidən və Qarabağın digər yaşayış məntəqələrindən kütləvi şəkildə Ermənistana gəlsə də S.Qalutyan və həyat yoldaşı öz evlərində qalıblar və o, Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlığı davam etdirib.

Xatırladaq ki, S.Qalstyan cari il martın 29-da Qırmızı Xaç Cəmiyyətinin vasitəsi ilə Ermənistana keçərkən Ermənistan sərhəddində saxlanılmışdı. Onun həyat yoldaşı bir neçə saatdan sonra buraxılsa da özünün barəsində Azərbaycana cəsusluq etmək kimi saxta istintaq başlamışdı. Həmin vaxt "Hraparak" xəbər yaymışdı ki, S.Qalstyan özünü təqsirli bilmir və vurğulayıb ki, Xankəndidə qalaraq hayların yenidən geri dönəcəklərini gözləyib. Amma onlar geri qayıtmadıqlarına görə özü də, həyat yoldaşı da Ermənistana köçməyi qərara alıblar.

S.Qalstyan barəsində  cinayət məcəlləsinin  424-cü maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb və o, həbsdədir. Azərbaycanla inteqrasiyanın tərəfdarı olan S.Qalstyana "cəsusluq damğası" vuran haylar, görünür, hələ də nə siyasi, nə də  adi insani davranış qaydalarına yiyələnmək fikrində deyillər. Bu isə onların genindən gələn daha bir eybəcərlikdir. Bunu hayların bir məsəli də təsdiqləyir: vordeğ hay, ayndeğ vay! (harda hay, orda vay). S.Qalstyan kimi adamlar isə həmişə məhz öz hayları tərəfindən məhv edilib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər