"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivi barədə danışarkən deyib. Diplomat qeyd edib ki, mövcud şəraitdə Ermənistanın Aİ-yə üzvlüyünü müzakirə etmək çətindir. Buna baxmayaraq, hazırda Ermənistanda Avropa İttifaqının standartları fəal şəkildə tətbiq olunur: "Avropa İttifaqının getdikcə daha çox hərbiləşdiyini və açıq şəkildə anti-Rusiya siyasəti apardığını göstərən siyasi amili nəzərə almaya bilmərik. Bütün bunlar, əlbəttə, diqqətə alınmalıdır".
Kopırkin bildirib ki, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi üzvü olması mümkün deyil. Səfir xatırladıb ki, Ermənistan rəhbərliyi artıq müəyyən mərhələdə seçim etmək məcburiyyətində qalacaq: "Ümid edirəm ki, bu seçim Ermənistan və erməni xalqının real maraqlarından çıxış edərək ediləcək".
Elxan SALAHOV