03.02.2026, 16:03
AZ EN
03.02.2026, 14:29 43

Məhkəmə Şahramanyanın Qarabağla bağlı iddiasını rədd edib

XƏBƏRLƏR
  • Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində ləğv edilmiş qondarma “artsax respublikası”nın sonuncu rəhbəri Samvel Şahramanyan məhkəmə qarşısında növbəti dəfə haqsız elan edilib. Belə ki, İrəvan Məhkəməsi onun tarixçi Njde Ovsepyana və Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qarşı iddiasını rədd edib.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, məhkəməyə müraciət edən Samvel Şahramanyanın iddiasına görə, 9-cu sinif “Tarix” dərsliyində yer alan “Dağlıq Qarabağ Respublikasının prezidenti Dağlıq Qarabağ Respublikasının ləğvi haqqında fərman imzalayıb” ifadəsi yalan, böhtan və təhqirdir. İrəvan Məhkəməsi separatçı rejimin başçısının bu iddiasını təsdiq etməyib və əksinə, bildirib ki, o, yalan söyləməklə Njde Ovsepyana böhtan atıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejim ordumuzun 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində ləğv edilib. Belə ki, Samvel Şahramanyan sentyabrın 28-də  qondarma qurumun ləğvi barədə "fərman” imzalayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər